Çexiyada kabel oğurluğu onlarla qatarı iflic edib – ÖZƏL

Çexiyanın şimal-şərqində dəmir yolu hərəkətini təmin edən sistemlərin kabellərinin oğurlanması səbəbindən onlarla qatar dayanıb. Olaylar.az xəbər verir ki, məlumatı Novinky portalı yayıb.

Hadisə Olomouts və Ostrava şəhərləri arasındakı dəmir yolu xəttində baş verib. Tərkibində yüzlərlə sərnişin olan qatarların hərəkəti bazar günü axşam saatlarında dayandırılıb. Bir neçə saat sonra hərəkət qismən bərpa edilib. Dəmir yolu nəqliyyatındakı problemlərin bazar ertəsi tamamilə aradan qaldırılacağı gözlənilir.

Polis üç şübhəlini saxlayıb. Çexiya mediasının məlumatına görə, onlar qatarların təhlükəsiz hərəkətini təmin edən dəmir yolu oxlarının, işıqforların və digər infrastrukturun idarə edilməsi üçün zəruri olan xeyli miqdarda kabelləri kəsərək oğurlayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31