Ərdoğan: İsrail atəşkəsdən sonra 200 dinc sakini öldürüb
13:05 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin son hərəkətlərini sərt tənqid edib.
"HƏMAS görünür, atəşkəs razılaşmasına sadiq qalır, amma İsrailin reputasiyası bərbaddır - atəşkəs elan olunduğu gündən bəri 200-dən çox dinc sakini öldürüb, Qərb sahilində işğalı və hücumları davam etdirir," - deyə Ərdoğan bəyan edib.
Olaylar.az-ın məlumatına görə Türkiyə lideri bildirib ki, hazırda Qəzzaya daha çox humanitar yardım çatdırmaq və bərpa işlərinə başlamaq vacibdir, lakin İsrail hökuməti bu səyləri məqsədli şəkildə bloklayır. (Musavat.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31