2025-ci ildə Ermənistan vətəndaşlığını alanların sayı 17 mini keçib- ÖZƏL

Ermənistanda 2025-ci ilin ilk doqquz ayında 17 180 nəfər ölkə vətəndaşlığını qəbul edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,5% çoxdur. Olaylar.az xəbər verir ki, məlumatı noyabrın 3-də Ermənistan  daxili işlər naziri Arpine Sarkisyan parlament komissiyalarının birgə iclasında 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib. Nazirin sözlərinə görə, həmin dövrdə 3 166 nəfərin Ermənistan vətəndaşlığı dayandırılıb. Bu göstəricidə də 10,7% artım müşahidə olunub. Lakin ümumi mənzərədə vətəndaşlıq alanların sayı üstünlük təşkil edir. Sarkisyan qeyd edib ki, ümumi dinamika Ermənistan vətəndaşlığına marağın əvvəlki illərlə müqayisədə artdığını göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31