Ərdoğan Nazirlər Kabinetini toplayır: Ukrayna müzakirəsi
11:09 DünyaUkrayna münaqişəsi bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclasında müzakirə olunacaq.
Olaylar.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Türkiyə Prezident Administrasiyasındakı mənbə deyib.
"Ukraynadakı münaqişənin həlli məsələsi daim cənab prezidentin diqqət mərkəzindədir. Mövcud vəziyyət və İstanbul danışıqlarının bərpası ilə bağlı təşəbbüslər bugünkü Nazirlər Kabinetinin iclasında müzakirə olunacaq", - o bildirib. (Axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31