Ermənistanda konstitusiyaya zidd hesab edilən maddə ilə bağlı məhkəmə iclası keçirilir- ÖZƏL

Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində Ermənistanın ikinci prezidenti Robert Koçaryan və digər yüksək vəzifəli şəxslərlə bağlı iş üzrə məhkəmə iclası keçirilir. Prosesə hakim Sarkis Petrosyan sədrlik edir.
Olaylar.az xəbər verir ki, ittiham olunan şəxslər arasında sabiq prezident Robert Koçaryanla yanaşı, keçmiş müdafiə naziri Seyran Ohanyan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sabiq baş katibi Yuri Xaçaturov və keçmiş baş nazir müavini Armen Gevorkyan da var.
Xatırladaq ki, bu iş üzrə cinayət təqibi əvvəlcə Konstitusiya Məhkəməsinin ittiham maddəsini konstitusiyaya zidd hesab etməsi səbəbilə dayandırılmışdı. Daha sonra qərardan verilən şikayət əsasında iş Antikorrupsiya Məhkəməsinə qaytarılıb və hazırda burada araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31