SON DƏQİQƏ! Müharibəyə hazırlıq başladı - Bu ölkədə toplanma məntəqəsi qurulur

ABŞ ordusu Venesuelada mümkün hərbi əməliyyatlara hazırlıq məqsədilə bölgədə yeni toplanma məntəqəsi qurur.

Olaylar.az xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi peyk görüntülərinə əsaslanaraq yayıb.

Məlumata görə, Puerto Rikoda uzun illər fəaliyyətsiz qalan Ruzvelt-Rouds adlı ABŞ Hərbi Dəniz Qüvvələri bazasında 7 sentyabr tarixindən tikinti işlərinə başlanılıb. Ərazidə uçuş-enmə zolağına çıxan yolların bərpası və yenilənməsi istiqamətində işlər görülür.

Bundan əlavə, ABŞ hakimiyyəti Puerto Riko və ABŞ Virgin adalarına daxil olan Sent-Krua adasındakı hava limanlarının infrastrukturunu da genişləndirməyə başlayıb.

Ekspertlər bu addımı Vaşinqtonun regionda mümkün əməliyyatlara hazırlaşması kimi qiymətləndirir. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31