Netanyahu Fələstin dövlətini tanımağa razı oldu? - SON DƏQİQƏ XƏBƏRİ
10:09 DünyaABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahunun gələcəkdə Fələstin dövlətini tanımağa razı olacağına inandığını bildirib.
Olaylar.az xəbər verir ki, o bu fikri "CBS News" telekanalına müsahibəsində səsləndirib.
Netanyahunu bu məsələyə razı salmağın mümkün olub-olmadığı barədə suala cavabında Tramp İsrail Baş naziri ilə münasibətlərinin "yaxşı" olduğunu vurğulayıb və onu "müharibə dövrünün baş naziri" həmçinin "çox istedadlı insan" adlandırıb.
"Mən onunla çox yaxşı işləmişəm. Onu bir az bu və ya digər tərəfə yönləndirməli oldum", - deyə, Tramp əlavə edib. (Musavat.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31