Almaniyada panika: Terror təhlükəsi ilə bağlı xəbərdarlıq edildi
08:56 DünyaBerlin şəhərində terror aktı planlaşdırmaqda şübhəli bilinən suriyalı şəxsin həbsindən sonra Almaniya daxili işlər naziri Aleksandr Dobrindt ölkədə yüksək terror təhlükəsi barədə xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, bu barədə DPA məlumat yayıb.
"Berlin şəhərindəki həbs bir daha göstərir ki, Almaniyada terror təhlükəsi səviyyəsi mücərrəd olsa da, yenə də yüksəkdir. 2023-cü ildən bəri Almaniyada olan və terror hücumuna hazırlıq gördüyünü göstərən suriyalının hərəkətləri dərhal aşkar edildi", - Dobrindt bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31