Kaliforniya qubernatoru amerikalılara çağırış etdi: Oyanın

Kaliforniya qubernatoru Qevin Nyusom çərşənbə axşamı bir neçə ştatda milyonlarla insan seçki məntəqələrinə getməyə hazırlaşarkən amerikalılar oyanmağa çağırıb.

Musavat.com xəbər verir ki, NBC News-a verdiyi müsahibədə Nyusom Prezident Donald Tramp administrasiyasının ABŞ şəhərlərində hərbi qüvvələri yerləşdirmək təhdidlərinə görə Demokrat Partiyasının Virciniya və Nyu Cersi kimi yerlərdə seçkilərdə qalib gələcəyinə əmin olduğunu deyib.

Qeyd edək ki, noyabrın 4-də hər iki ştatda qubernator, bir neçə ştatda isə Nümayəndələr Palatasına seçkilər keçiriləcək.

Prezident Donald Trampın Kaliforniya da daxil olmaqla, Demokratların nəzarətində olan şəhər və ştatlarda "cinayətkarlıq və qanunsuz immiqrasiya" ilə mübarizə səyləri davam edir.

Minlərlə Milli Qvardiya əsgəri immiqrasiya rəsmilərinə şəxslərin həbs olunmasında və saxlanılmasında kömək etmək üçün şəhərlərə yerləşdirilib. Əvvəllər 2028-ci ildə Ağ Evə namizədliyini irəli sürməyi düşündüyünü deyən Nyusom Trampı yolunda duran bütün qurumlara hücum etməkdə günahlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31