Ankarada zərgərlik mağazasından 7 kiloqram qızıl oğurlandı

Ankarada oğrular qrupu zərgərlik mağazasından təxminən 7 kiloqram qızıl oğurlayıb.

Musavat.com xəbər verir ki, hadisə nəticəsində mağazaya 28 milyon türk lirəsi (təxminən 665 min dollar) dəyərində zərər dəyib. Oğrular hadisədən dərhal sonra ərazidən qaçıblar.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində səkkiz nəfər saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31