Si Cinpindən iki Koreya arasında elçi olması istənilib

Cənubi Koreya prezidenti Li Çje Myon Çin rəhbəri Si Cinpindən Seulun Şimali Koreya ilə danışıqları bərpa etmək səylərinə dəstək verməsini istəyib.

Olaylar xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Görüşdən sonra iki lider Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) çərçivəsində ticarət-iqtisadi əlaqələrin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsinə dair qarşılıqlı öhdəliklərini təsdiqləyən birgə bəyanat yayıblar.

Li Çje Myon qeyd edib ki, Çin və KXDR arasında son yüksək səviyyəli təmaslar "müsbət dinamika" nümayiş etdirir və Koreya yarımadasında gərginliyin azaldılmasına töhfə verə bilər.

"Mən Şimali Koreya ilə qarşılıqlı fəaliyyət üçün şəraitin yarandığı vəziyyəti çox müsbət qiymətləndirirəm", - dövlət başçısı bildirib.

Li Çje Myon dialoqun və gərginliyin azaldılmasının vacibliyini vurğulayaraq, Çinin iki Koreya arasında gərginliyi azaltmaq üçün vasitəçi kimi mühüm rol oynaya biləcəyinə inandığını deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31