Ermənistan məktəbləri Azərbaycan dilini tədris edəcək
1 Noyabr 19:40 Dünya2025-2026-cı tədris ilində Ermənistanın üç dövlət məktəbində Azərbaycan dili kursları tətbiq olunacaq.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, proqrama əsasən, 10-12-ci sinif şagirdləri üçün Azərbaycan və türk dilləri, 5-ci sinifdən etibarən isə fars və gürcü dilləri tədris olunacaq. Proqram könüllü olacaq və ixtisaslı müəllimlərin mövcudluğundan asılı olacaq.
Təşəbbüs dövlət təhsil proqramı çərçivəsində həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31