Zaxarova: Rusiya İsrail idmançılarının yarışlara buraxılmamasının əleyhinədir
1 Noyabr 18:49 Dünya"Rusiya İsrail idmançılarının yarışlarda iştirakına qadağa qoyulmasına qarşıdır. İdmanın siyasiləşdirilməsi yolverilməzdir".
Olaylar xəbər verir ki, bu fikirləri Rusiya XİN sözçüsü Mariya Zaxarova "Match TV"- yə müsahibəsində deyib .
"Mənə və beynəlxalq təşkilatlardakı nümayəndələrimizə tez-tez suallar verilir: Qəzza zolağında baş verən fəlakətə, İsrailin siyasətinə baxmayaraq, nə üçün İsrail idmançılarına [yarışa] icazə verilir - bu barədə nə düşünürsünüz? Biz deyirik ki, idmanda siyasiləşmə olmamalıdır. Biz İsrailin etdiklərini qiymətləndiririk. Biz Qəzzada baş verənlərə ədalətli qiymət veririk. Amma eyni zamanda deyirik ki, heç bir halda idmançıların siyasiləşdirilməsinə yol verilməməlidir", - o vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31