Gürcüstan Avronest sessiyalarında iştirakdan imtina edib
1 Noyabr 14:02 DünyaGürcüstan ölkəyə olan ədalətsiz münasibətə görə "Avronest" Parlament Assambleyasının növbəti sessiyalarında iştirak etməyəcək.
Olaylar.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili rəsmi "X" səhifəsində yazıb.
Papuaşvilinin sözlərinə görə, "Avronest"in son plenar iclasında bir sıra qətnamələr qəbul olunub ki, Gürcüstanın daimi nümayəndə heyəti onların qəbulunda iştirak etməyib.
O bildirib ki, bu sənədlər "Şərq tərəfdaşlığı" təşəbbüsünün gələcək inkişafına dair baxışı, həmçinin Aİ üzv dövlətləri arasında dialoq və tərəfdaşlığın təşviqini əhatə etməli idi. Lakin Avropa Parlamentinin bəzi üzvləri qətnamə mətnlərinə Tbilisi üçün tamamilə qəbuledilməz və hiddətə səbəb olan müddəalar əlavə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31