Putin İradə Zeynalovaya rütbə verdi
1 Noyabr 13:18 DünyaRusiyanın Mavrikidəki səfiri, Azərbaycan əsilli İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.
Olaylar.az APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.
Müvafiq fərman Rusiyanın rəsmi hüquq-informasiya portalında dərc edilib.
Qeyd edək ki, İradə Zeynalova Rusiyanın tanınmış telejurnalistidir. O, uzun illər Rusiyanın müxtəlif televiziya kanallarında xüsusi müxbir və proqram müəllifi və aparıcısı kimi çalışıb. 2024-cü ilin sentyabrında Rusiyanın Mavrikidəki səfiri təyin olunub
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31