Narek Manukyan Paşinyana müraciət etdi: “Cəmiyyətdə nifrət hökm sürür” – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Armeniya 2026" hərəkatının lideri Narek Manukyan Ermənistanın baş naziri Nikol Paşinyana açıq məktubla müraciət edib.

Manukyan məktubunda bildirib ki, əsl sülh yalnız cəmiyyətin daxilində başlayır və bunun təmin olunmasına görə əsas məsuliyyət hökumətin üzərinə düşür. O, qeyd edib ki, bu gün Ermənistanda cəmiyyətdə dərin parçalanma və nifrət hökm sürür:

"Cəmiyyət bir ailə kimidir. Əgər ailədə qarşıdurma və xaos varsa, günahkar həmişə ailənin başçısıdır. Bu gün cəmiyyətdə nifrət var, insanların böyük hissəsi sizi yalnız dəstəkləmir, həm də şəxsi düşməni hesab edir", - deyə Manukyan vurğulayıb.

O, Paşinyanı kilsəyə qarşı aparılan kampaniyaları dayandırmağa, ifadələrinə görə həbs edilən din xadimlərini azad etməyə və cəmiyyəti parçalayacaq addımlardan çəkinməyə çağırıb.

"Bütün cəmiyyəti sevməyə başlayın, yalnız öz elektoratınızı deyil", - deyə Manukyan müraciətində qeyd edib.

Sonda siyasətçi baş nazirə səslənərək, bu çağırışın onun üçün "patetik" səslənsə də, yalnız bu yolla "Tanrının bağışlamasına nail ola biləcəyini" bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31