Gürcüstan Avronest sessiyalarında iştirakını dayandırdı – ÖZƏL
11:36 DünyaGürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Avropa Parlamenti Avronest platformasını "siyasi şantaj və dar siyasi gündəmin təbliği vasitəsinə" çevirib. Bu səbəbdən Gürcüstanın daimi parlament nümayəndə heyəti gələcəkdə Avronestin sessiyalarında iştirak etməyəcək.
Olaylar.az xəbər verir ki, Papuaşvili "Facebook"da yazıb ki, Avronest Assambleyası Gürcüstanın iştirakı olmadan bir neçə qətnamə qəbul edib. Həmin sənədlərdə 2024-cü il parlament seçkiləri "saxtalaşdırılmış", xalq tərəfindən seçilən hökumət isə "özünü elan etmiş" adlandırılıb. O, həmçinin məhkəmə tərəfindən təqsirli bilinən şəxslərin "siyasi məhbus" kimi təqdim edilməsini "Gürcü cəmiyyəti üçün qəbuledilməz və təhqiredici" sayıb.
Papuaşvili Avropa Parlamentini "dar siyasi gündəmdən əl çəkməyə və beynəlxalq hüquqa əsaslanan qaydalara hörmət etməyə" çağırıb. O əlavə edib ki, konstruktiv dialoq üçün şərait yaranarsa, Gürcüstan nümayəndə heyəti Avronestin işinə qayıtmağa hazır olacaq.