Türkiyədə zəlzələ olub

Türkiyənin Balıkesir vilayətində seysmik aktivlik səngimək bilmir. 27 oktyabr və 31 oktyabrdakı güclü zəlzələlərin ardından bir müddət əvvəl vilayətdə daha bir yeraltı təkan - bu dəfə 4,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb .

Məlumata görə, zəlzələ yerli vaxtla 07:58-də qeydə alınıb və yeraltı ocağı 6,79 kilometr dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31