BILD: Luvrdan oğurlanmış qiymətli daş-qaşlar İsrail şirkətinə satılmağa çalışılıb – ÖZƏL

Fransa polisi Luvrdakı cəsarətli oğurluqla bağlı yeddi nəfəri saxlayıb, lakin oğurlanan kral zinət əşyaları hələ tapılmayıb. 

Olaylar.az xəbər verir ki, Bild-in məlumatına görə, oğrular qəniməti "darknet" vasitəsilə İsrailin təhlükəsizlik şirkəti CGI Group-a satmağa cəhd ediblər. Şirkətin rəhbəri Cvika Nef bildirib ki, oğurluqdan beş gün sonra özünü oğruların nümayəndəsi kimi təqdim edən şəxs onlarla əlaqə saxlayıb.

CGI Group hüquq-mühafizə orqanlarını dərhal məlumatlandırsa da, bürokratik əngəllər səbəbindən əşyaların geri qaytarılması mümkün olmayıb. Nef əlavə edib ki, şirkətin təqdim etdiyi məlumatlar bu həftə şübhəlilərin saxlanmasına kömək edib.

Məlumata görə, saxlanılanlar arasında "əsas şübhəli" də var və onun DNT-si hadisə yerində tapılıb. İki nəfər artıq qismən günahını etiraf edib. Onlara "qrup halında təşkil olunmuş oğurluq" maddəsi ilə 15 ilədək həbs cəzası verilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31