Hind okeanının cənubunda 5,8 bal gücündə zəlzələ baş verib

Avstraliyanın qərbində Pert şəhərindən 2200 km cənub-qərbdə, Hind okeanında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Herd adası və Makdonald adaları arxipelaqından 1883 km şimal-şərqdə, Cənub-Şərqi Hindistan silsiləsi ərazisində yerləşib.

Episentrdəki təkanların intensivliyinə əsasən, zəlzələ "dağıdıcı" kimi qiymətləndirilib.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 6,0 bal olaraq qiymətləndirib. Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31