Hakan Fidan: Türkiyə Qəzzada atəşkəsin qorunmasından narahatdır - ÖZƏL
31 Oktyabr 18:36 DünyaTürkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, ölkəsinin Qəzza sektorunda atəşkəs rejiminin qorunması ilə bağlı müəyyən narahatlıqları var.
Olaylar xəbər verir ki, bu barədə Hakan Fidan Ankarada keçirilən mətbuat konfransında açıqlama verib.
Fidan deyib:
"Ən böyük səy və əzm hesabına əldə edilmiş atəşkəs rejiminin davam etdirilməsi ilə bağlı narahatlıqlarımız varmı? Bəli, var. Görürük ki, bəzi dairələr bu atəşkəs və sülh sazişinin pozulmaması üçün ciddi səylər göstərirlər. Buna baxmayaraq, beynəlxalq ictimaiyyətin böyük əksəriyyəti atəşkəsin davam etdirilməsini, genosidin təkrarlanmasının qarşısının alınmasını və məcburi köçkünlərin evlərinə qayıtmaq imkanının təmin edilməsini dəstəkləyir."
O əlavə edib ki, Türkiyə "daima çalışır ki, bu humanitar sazişi siyasi razılaşmalara, siyasi razılaşmaları isə praktik addımlara çevirsin."
Qeyd edək ki, 9 oktyabr tarixində İsrail və radikal HƏMAS hərəkatı Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəlib. Qəzzada atəşkəs rejimi 10 oktyabr tarixində qüvvəyə minib.
İbrahim Məmmədli
 
    