Lukaşenko: “Oreşnik”in istifadəsi ilə bağlı qərarı Putinlə birgə verəcəyik - ÖZƏL

Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, "Oreşnik" raket kompleksinin tətbiqi barədə qərar Rusiya Prezidenti Vladimir Putinlə birgə veriləcək.

Olaylar bu barədə "BELTA" agentliyinə istinadən məlumat yayıb.

Lukaşenko bildirib ki, Belarus və Rusiya lazım gələrsə, birgə hərbi addımlar ata bilər:

"İstəyirəm ki, hamı anlasın - vəziyyət pis olarsa, biz vura bilərik. Putinlə oturub qərar verəcəyik və vurarıq. Ona görə də bizi sınağa çəkməsinlər."

Dövlət başçısı həmçinin vurğulayıb ki, "Oreşnik" raket kompleksi dekabr ayında Belarusda döyüş növbəsinə çıxarılacaq.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31