Türkiyədə 149 hakim futboldan uzaqlaşdırıldı
31 Oktyabr 18:17 DünyaTürkiyə Futbol Federasiyasının (TFF) Nizam-İntizam Komitəsi mərc oyunlarında iştirakı sübut olunan bir qrup hakimi cəzalandırıb.
Milli.Az xəbər verir ki, araşdırmaların nəticəsinə əsasən 149 hakim 8-12 ay müddətinə futboldan uzaqlaşdırılıb.
Bundan əlavə, Zorbay Küçük, Melih Kurt və Mertcan Tubay adlı üç hakim barədə istintaqın davam etdiyi bildirilib.
Xatırladaq ki, son aylarda Türkiyə futbolunda ciddi korrupsiya qalmaqalı yaşanır. Araşdırmalar zamanı aktiv fəaliyyət göstərən 571 hakimin 371-nin mərc hesabı olduğu, 152 hakimin isə oyunlara pul yatırdığı müəyyən edilib.
                Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31            
             
    