Sikorski: Polşa Aİ-dən çıxa bilər - ÖZƏL

Polşanın xarici işlər naziri Radoslav Sikorski respublikanın Avropa İttifaqından çıxmasının mümkünlüyünü istisna etməyib.

Olaylar bu barədə "Onet" nəşrinə istinadən məlumat yayıb.

Nazirin sözlərinə görə, Polşada bir çox siyasətçi Avropa təşəbbüslərinə qarşı çıxmağa meyllidir.

Sikorski bildirib ki, Polşanın sağçı millətçiləri Avropadan gələn bütün təkliflərin "mütləq yanlış qərarlar olacağına" inanmağa alışıb.

Bundan əvvəl "Politico" nəşri Macarıstanın Baş nazirinin siyasi direktoru Balaş Orbanın açıqlamasına istinadən yazmışdı ki, Budapeşt Avropa İttifaqında Ukraynaya qarşı skeptik mövqe tutan bir alyans yaratmaq üçün Çexiya və Slovakiya ilə əməkdaşlıq etməyi planlaşdırır.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31