Qartalqaya faciəsi: 11 nəfər ömürlük azadlıqdan məhrum edildi
31 Oktyabr 18:10 DünyaTürkiyənin Bolu vilayətindəki "Grand Kartal" otelində 78 nəfərin həyatına son qoyan faciəvi yanğınla bağlı məhkəmə prosesi yekunlaşıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məhkəmə qərarına əsasən, otelin sahibi Xalid Ergül də daxil olmaqla, 11 nəfər ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, yanvarın 21-də Bolu vilayətindəki Qartalqaya Xizək Mərkəzində gecə saatlarında yanğın baş vemişdi. Nəticədə 78 nəfər ölmüş, 137 nəfər yaralanmışdı.
                Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31            
             
    