Bu ölkədə seçki etirazları: 700 nəfər öldü

Tanzaniyada keçirilən seçkilərdən sonra başlayan etiraz aksiyalarında üç gün ərzində təxminən 700 nəfərin öldüyü bildirilir.

Olaylar.az xəbər verir ki, bu barədə müxalifət partiyasının nümayəndəsi Con Kitoka AFP-yə deyib.

Onun sözlərinə görə, Dar əs-Salamda ölənlərin sayı təxminən 350, Mvanzada isə 200-dən çoxdur:

"Ölkənin digər bölgələrindəki rəqəmləri də əlavə etsək, ümumi say təxminən 700 nəfərə çatır. Bizim hökumətə mesajımız budur: etirazçıları öldürməyi dayandırın, polis zorakılığını dayandırın, xalqın iradəsinə, seçki ədalətinə hörmət edin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31