Peskov: Tramp–Putin görüşünün ləğvi barədə qəzetlərə inanmayın

Kreml sözçüsü Dmitri Peskov Budapeştdə keçirilməsi planlaşdırılan Tramp-Putin görüşünün təxirə salınması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Olaylar.az xəbər verir ki, Peskovun sözlərinə görə, mətbuatda yayılan versiyalara deyil, Rusiya XİN-i və ABŞ Dövlət Departamentinin rəsmi açıqlamalarına əsaslanmaq lazımdır.

"Orada tamam fərqli ifadələr və fərqli qiymətləndirmələr səsləndirilib. Qəzetlərin yazdıqlarına deyil, rəsmi mənbələrə inanmaq lazımdır," - deyə Kreml nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, daha əvvəl "Financial Times" yazmışdı ki, ABŞ-Rusiya sammiti Lavrov və Marko Rubionun gərgin telefon danışığından sonra ləğv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31