Moskva yenidən “İstanbul danışıqları”na qayıdır – Qaluzindən AÇIQLAMA
14:16 DünyaMoskva birbaşa danışıqları davam etdirməyə hazırdır və hazırda İstanbul yolunun inkişafı üçün bütün şərtlər mövcuddur.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
"Türkiyə nümayəndələri dəfələrlə İstanbulu onlar üçün platforma kimi təqdim etməyə hazır olduqlarını təsdiqləyiblər. Beləliklə, İstanbul yolunun inkişafı üçün bütün imkanlar var. Təəssüf ki, Kiyev hələ də təkliflərimizi qulaqardına vurur və dialoqdan yayınır, Qərbin dəstəyi ilə güc yolu ilə sülhə nail olmağa ümid edir", - deyə Qaluzin vurğulayıb. (Musavat.com)
                Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31            
             
    