Ermənistan spikeri kilsədəki zorakılığa haqq qazandırıb: "Kilsədə qışqırmaq olmaz" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Milli Məclisinin sədri Alen Simonyan, Ovanavanq kilsəsində Baş Nazir Nikol Paşinyanın və hakim partiya üzvlərinin iştirakı ilə keçirilən liturgiya zamanı baş verən zorakılıq insidentinə aydınlıq gətirib və əslində hadisəni müdafiə edən mövqe sərgiləyib.

Ötən bazar günü baş verən hadisə zamanı vəzifəsindən kənarlaşdırılmış, lakin hakimiyyət tərəfindən dəstəklənən Stepan Asatryan tərəfindən mərasim keçirilirdi. Liturgiyada iştirak edən gənc bir şəxs Asatryanın fəaliyyətinin qanunsuz olduğunu ucadan dilə gətirib.

Nəticədə, mülki geyimli təhlükəsizlik əməkdaşları tərəfindən həmin şəxs dərhal yaxalanıb, ağzı əllə bağlanaraq kilsənin içindən zorla çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31