Şoyqudan nüvə sınaqları ilə bağlı açıqlama- Heç vaxt dayanmır...

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bəyan edib ki, nüvə sınaqları dünyanın heç bir ölkəsində tam dayanmır.

Olaylar.az-ın məlumatına görə Şoyqu bildirib ki, bu, sadəcə fiziki deyil, riyazi modellər üzərində həyata keçirilir.

"Heç bir ölkə nüvə sınaqlarını bir gün belə dayandırmayıb. Sadəcə indi onlar kompüter modelləri və hesablamalar vasitəsilə aparılır," - deyə Şoyqu bildirib.

Onun sözlərinə görə, bu cür virtual sınaqlar nüvə potensialının sınaqdan keçirilməsinə imkan verir və müasir texnologiyaların hərbi-strateji əhəmiyyətini bir daha təsdiqləyir. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31