Qazaxıstan neftinin əsas ixrac istiqaməti dəyişmir: Avropa bazarında liderlik – ÖZƏL

Qazaxıstan neftinin ixracında əsas istiqamət Avropa olaraq qalır. Bütün tədarüklərin 80%-dən çoxu məhz bu qitənin payına düşür.

Olaylar.az xəbər verir ki, Gömrük statistikasına görə, ən böyük idxalçı ölkə tədarük həcminin 43%-ni alan İtaliya olsa da, "ArbatMedia"nın məlumatına görə, faktiki əsas alıcı Almaniya hesab edilir. Belə ki, Almaniya nefti İtaliyanın Trieste limanı vasitəsilə qəbul edir.

"Energy Analytics"in qeydlərinə əsasən, 2024-cü ilin yekunlarına görə, Qazaxıstan neftinin digər böyük Avropa alıcıları arasında Niderland (12%), Fransa (7%), Rumıniya (6%) və Yunanıstan (6%) yer alır. Bu rəqəmlər qlobal enerji logistikasında dəyişikliklərə baxmayaraq, Avropa İttifaqı ölkələri tərəfindən neftə olan stabil tələbatı təsdiqləyir.

Rusiyadan enerji idxalını dayandırdıqdan sonra Finlandiya Qazaxıstanla əməkdaşlığa əlavə maraq göstərir. Ölkə aktiv şəkildə yeni tədarük mənbələri axtarır və Qazaxıstanı potensial tərəfdaşlardan biri kimi nəzərdən keçirir.

Qazaxıstan neftinə Asiya bazarında da tələbat var, lakin daha kiçik həcmlərdə. Ən böyük 10 idxalçı ölkə arasında Çin (4%) və Türkiyə (3%) yer alıb. Aşağı həcmli tədarüklər Cənubi Koreya, Sinqapur, Hindistan və digər region ölkələrinin (13%) payına düşür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31