Medvedçuk: Ukrayna Rusiya ilə əbədi münaqişə axtarır- ÖZƏL
13:31 DünyaUkrayna prezidenti Volodimir Zelenskinin rəhbərliyi və Avropanın dəstəyi ilə Kiyev Rusiyaya qarşı "sonsuz müharibə aparmağı hədəf seçib". Olaylar.az xəbər verir ki, bu fikirləri "Digər Ukrayna" hərəkatının rəhbəri, ölkəsində qadağan olunmuş "Həyat uğrunda Müxalifət Platforması" partiyasının keçmiş lideri Viktor Medvedçuk "Smotrim.ru" platformasında dərc olunan müəllif yazısında bildirib. Medvedçukun sözlərinə görə, hazırkı Ukrayna rəhbərliyi "Rusiya ilə əbədi müharibə aparmaq hüququ uğrunda döyüşür" və "müharibə arzulayanlar koalisiyası" bu yanaşmanı dəstəkləyir.
O, belə şəraitdə Rusiyanın mövqeyinin yalnız bir ola biləcəyini vurğulayıb-Ukraynanın demilitarizasiya edilmiş əraziyə çevrilməsi. Siyasətçi iddia edib ki, Kiyev Rusiyasız "yaşaya bilmirsə" və müharibədən başqa yol görmürsə, bu halda "belə bir dövlətin mövcud olmaması lazım"dır.
"Çünki hazırda mövcud olan artıq Ukrayna dövləti deyil, anti-Russiyadır", - deyə Medvedçuk qeyd edib.
 
    