Rusiyada Qurana qarşı təhqiramiz memlər qadağan edildi
13:12 DünyaMoskvanın Preobrajenski Rayon Məhkəməsi ölkə ərazisində Qurana qarşı təhqiramiz məzmunlu şəkil və memlərin yayılmasını qadağan edən qərar qəbul edib.
Olaylar.az xəbər verir ki, qərar prokurorluğun apardığı yoxlama nəticəsində qəbul olunub - araşdırma zamanı Quranın təhqiredici şəkildə təsvir olunduğu və alçaldıcı yazılarla müşayiət edilən materiallar aşkarlanıb.
Məhkəmə bu paylaşımları ekstremist xarakterli hesab edib və onların tam bloklanmasına göstəriş verib.
Qərar sosial şəbəkələrdə dini dəyərlərin qorunması və ifadə azadlığının sərhədləri barədə müzakirələri yenidən gündəmə gətirib. (Musavat.com)
                Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31            
             
    