ABŞ istəyir ki, Türkiyə ordusu yeridilsin - Ravid
11:12 DünyaABŞ İsrailin əks mövqeyinə baxmayaraq, Türkiyənin Qəzzada sülhməramlı qüvvələrə qoşulmasını istəyir.
Olaylar.az xəbər verir ki, bunu "Axios" qəzetinin jurnalisti Barak Ravid deyib.
"Türklər Qəzza razılaşmasının əldə edilməsində böyük rol oynayıb və İsrail Baş naziri Benyamin Netanyahunun Türkiyəyə hücumları əks-nəticə verib. Vaşinqton hazırda Qəzza missiyası təşəbbüsünü İsraillə yanaşı, bir neçə ərəb və müsəlman ölkəsi ilə də müzakirə edir. Layihəyə əsasən, ABŞ, Misir və İordaniyanın nəzarəti altında təlim və yoxlamadan keçmiş yenilənmiş Fələstin təhlükəsizlik qüvvələrinin yaradılması planlaşdırılır. Missiyada digər ölkələrin hərbi kontingentləri də iştirak edə bilər", - o bildirib. (Axar)
                Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31            
             
    