Madrid Ukrayna üçün “istəklilər koalisiyasının” gizli görüşünə hazırlaşır- ÖZƏL
10:51 Dünyaİspaniya Xarici İşlər Nazirliyi noyabrın 4-də Madriddə Ukraynaya dəstək məqsədi daşıyan "istəklilər koalisiyası"nın qapalı və məxfi toplantısını keçirəcək. Olaylar.az xəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti məlumat yayıb. Məlumata görə, görüşdə 35 ölkənin nümayəndələri iştirak edəcək. İş günü yerli vaxtla saat 09:00-da başlayacaq və iki müzakirə bloku olacaq. Hər iki sessiyada Ukraynaya göstərilən yardım və dəstəyin artırılması məsələləri əsas gündəlik kimi planlaşdırılıb. Toplantı "maksimal məxfilik" şəraitində təşkil olunub. Nümayəndələrə mobil telefonlardan istifadə etmək qadağan edilib, həmçinin iclasla bağlı məlumatları sosial şəbəkələrdə paylaşmamaq tapşırılıb.
Birinci müzakirə blokunda Ukraynaya dəstəyin gücləndirilməsi yolları araşdırılacaq. Sessiyada İspaniyanın xarici işlər naziri Xose Manuel Albares çıxış edəcək. Bununla belə, nazir bütün işçi iclaslarda iştirak etməyəcək, çünki görüş daha aşağı səviyyədə keçiriləcək.
Daha sonra debatlar Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı ümumi yanaşmanın formalaşdırılmasına yönələcək.
 
    