Türkiyədə 4,2 maqnitudalı zəlzələ olub.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 07:18-də Balıkesir vilayətinin Sındırqı rayonunda qeydə alınıb.
Zəlzələ 12,9 kilometr dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.