Qazaxıstan və Rusiya 2026-cı il üçün hərbi əməkdaşlıq planı imzaladı- ÖZƏL

Qazaxıstanın müdafiə naziri Dauren Kosanov və Rusiyanın müdafiə naziri Andrey Belousov Almata şəhərində keçirilən MDB Müdafiə Nazirləri Şurasının 85-ci iclası çərçivəsində görüşüblər. Olaylar.az xəbər verir ki, tərəflər regional təhlükəsizlik məsələlərini, hərbi kadrların hazırlanması, eləcə də hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində ikitərəfli əməkdaşlığı müzakirə ediblər. Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, görüş ölkələr arasında müdafiə və təhlükəsizlik sahəsində strateji tərəfdaşlığın daha da güclənməsinə töhfə verir. Görüşün sonunda Qazaxıstan və Rusiya müdafiə nazirlikləri arasında 2026-cı il üçün hərbi əməkdaşlıq planı imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31