Polşa Belarusla sərhəd-keçid məntəqələrini açmağı təxirə salıb- ÖZƏL
30 Oktyabr 15:02 DünyaPolşa Belarusla sərhəd-keçid məntəqələrinin açılması ilə bağlı qərarı təxirə salıb. Olaylar.az xəbər verir ki, bu barədə Litvanın Baş naziri İnqa Ruginene jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, Polşanın Baş naziri Donald Tusk telefon danışığı zamanı sərhəd məntəqələrinin açılması barədə qərarın ertələndiyini bildirib:
"Tusk bildirdi ki, sərhəd-keçid məntəqələri ilə bağlı qərar hələlik təxirə salınır. Biz isə fəaliyyətlərimizi koordinasiya etməkdə davam edirik". Litva çərşənbə günü Belarusla avtomobil sərhədini bir aylıq tam bağlayıb və Avropa Komissiyasına Minskə qarşı sanksiyaların tətbiqi ilə bağlı müraciət edib. Rəsmi Vilnüsün iddiasına görə, Belarus qaçaqmalçılıq hallarının qarşısını almaqda maraqlı deyil. Son ay ərzində meteoroloji zondlardan istifadə edilməklə həyata keçirilən qaçaqmalçılıq səbəbindən Vilnüs Beynəlxalq Hava Limanı dörd, Kaunas Hava Limanı isə bir dəfə bağlanıb. Xatırladaq ki, oktyabrın 28-də Donald Tusk Belostokda keçirilən Sərhədyanı İnkişaf Forumunda noyabr ayında Belarusla sərhəddə daha iki keçid məntəqəsinin - Bobrovniki və Kuznitsa istiqamətlərinin açılmasına hazır olduqlarını bildirmişdi.