Tramp və Si Cinpin tarixi razılaşma imzaladı – ABŞ və Çin iqtisadi əməkdaşlığı bərpa edir
30 Oktyabr 13:48 DünyaABŞ prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə görüşdən sonra iki ölkə arasında "tarixi razılaşmaların" əldə olunduğunu açıqlayıb.
Olaylar.az xəbər verir ki, Trampın sözlərinə görə, Çin tərəfi ABŞ-ın kənd təsərrüfatı məhsullarını - soya, sorqo və digər məhsulları - iri həcmdə almağa razılaşıb. Bundan əlavə, Pekin ABŞ-a nadir torpaq elementləri və strateji mineralların tədarükünü davam etdirməyi öhdəsinə götürüb.
"Bu razılaşmalar milyonlarla amerikalıya rifah və təhlükəsizlik gətirəcək," - deyə Tramp vurğulayıb.
Razılaşmanın bir hissəsi kimi Çin həmçinin fentanil tədarükü böhranına qarşı mübarizədə ABŞ-la əməkdaşlıq edəcək və Alyaskadan neft və qaz alışı üzrə böyük enerji sazişi imkanlarını nəzərdən keçirəcək. (Musavat.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31