Gürcüstanda partiyaların qadağan edilməsi məsələsini Konstitusiya Məhkəməsi həll edəcək- ÖZƏL
12:29 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili jurnalistlərə bildirib ki, əgər partiya qadağan olunubsa, bu, onun öz hərəkətləri ilə müəyyən olunub. Əks halda, partiyanın qadağan edilməsi barədə qərarı Konstitusiya Məhkəməsi verəcək, MSK isə bu məsələdə qərar qəbul etmir.
Kalandarişvilinin sözlərinə görə, MSK həm partiyaların qadağan edilməsində, həm də onların qeydiyyatında təşəbbüskar və qərar qəbul edən orqan deyil. Bu məsələ Konstitusiya Məhkəməsinin səlahiyyətinə daxildir və təşəbbüskar Gürcüstan parlamentidir. "Bu səbəbdən öncədən qiymətləndirmə aparmaq, hansı partiyanın qadağan olunacağını söyləmək düzgün deyil, bu, siyasi məsələdir," - deyə o qeyd edib.
O həmçinin vurğulayıb ki, MSK qanunvericiliyə cavab verən bütün partiyaları seçkilərdə qeydiyyata alacaq və hər siyasi təşkilat üçün bərabər şərait yaradacaq. Bu prinsiplər 4 və 26 oktyabr seçkilərində tam təmin olunub və gələcəkdə də təmin ediləcək.
Qeyd edək ki, hakim "Gürcü Arzusu" partiyası Konstitusiya Məhkəməsinə müraciət edərək üç müxalif partiyanın - "Milli Hərəkat", "Dəyişikliklər Koalisiyası" və "Güclü Gürcüstan-Lelo" qeyri-konstitusiya olduğu və qadağan edilməsi tələbini irəli sürüb.