Gürcüstanda üç əsas müxalifət qüvvəsinin qadağan edilməsi tələbi ilə məhkəməyə müraciət – ÖZƏL
12:21 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstan Parlamentinin Regional Siyasət və Yerli Özünüidarəetmə Komitəsinin sədri İrakli Kadaqişvili jurnalistlərə açıqlamasında bildirib ki, üç müxalifət qüvvəsi - "Milli Hərəkat", "Dəyişikliklər Uğrunda Koalisiya" və "Lelo - Güclü Gürcüstan" partiyalarının qadağan edilməsi tələbi ilə iddia bu gün Gürcüstan Konstitusiya Məhkəməsinə təqdim olunacaq.
Onun sözlərinə görə, iddianın əsas məqsədi "antikonstitusion, destruktiv, dövlət üçün son dərəcə zərərli" siyasi partiyaların və onların fəaliyyətinin qadağan edilməsidir.
Kadaqişvili qeyd edib ki, Konstitusiya Məhkəməsi prosedura əsasən bu iddia üzrə qərarı maksimum 9 ay ərzində qəbul etməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31