Paşinyan 2026 seçkilərini sülh prosesi üçün həlledici sayır – ÖZƏL
11:06 DünyaOlaylar.az xəbər verir ki, Ermənistan Baş Naziri Nikol Paşinyan 8-ci Paris Sülh Forumu çərçivəsində keçirilən "Liderlik yol ayrıcında" adlı müzakirədə 2026-cı ildə Ermənistanda keçiriləcək növbəti seçkiləri şərh edib.
Paşinyan bu seçkilərin Ermənistanda sülh prosesi, rifah və sabitlik üçün böyük əhəmiyyətə malik çox vacib siyasi hadisə olduğunu bildirib.
"Mən əminəm ki, Ermənistan Respublikasının vətəndaşları bizim nailiyyətlərimizi dəstəkləyəcəklər. Əlbəttə, dünyada dezinformasiya və sair ilə bağlı mövcud olan müxtəlif narahatlıqlar var. İstənilən demokratik ölkə kimi, biz də bunu hiss edirik və bunun öhdəsindən gəlmək üçün çalışırıq. Amma ümumilikdə, mən şübhə etmirəm ki, Ermənistan vətəndaşları sülh gündəliyini, sülh prosesini, sülhün bərqərar olmasını dəstəkləyirlər və onlar bunu mütləq dəstəkləyəcəklər," - deyə Baş Nazir qeyd edib.
Paşinyanın bu sözləri, 2026-cı il seçkilərində əsas məsələnin və hökumətin hədəfinin ölkənin sülh kursunun xalq tərəfindən təsdiqlənməsi olacağını vurğulayıb.