ATƏT Gürcüstanda sülh toplantısı hüququna təsir edən qanunvericiliyə hüquqi qiymət verəcək – ÖZƏL
10:00 DünyaATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB/OSCE) Gürcüstanda qüvvəyə minmiş son qanunvericilik dəyişikliklərinə dair hüquqi qiymətləndirməni yaxın zamanda dərc edəcək.
Olaylar.az xəbər verir ki, bu barədə DTİHB/ATƏT-in yaydığı bəyanatda bildirilir.
Məlumatda qeyd olunur ki, qiymətləndirmə Gürcüstan ombudsmanının xahişi ilə aparılır və xüsusilə sülh yolu ilə toplaşmaq hüququna təsir edən qanunvericilik dəyişikliklərini əhatə edəcək.
DTİHB/ATƏT-in bəyanatında həmçinin vurğulanır: "Biz hadisələrin inkişafını diqqətlə izləyirik və Gürcüstanda demokratiyanın və insan hüquqlarının gücləndirilməsinə öz yardımımızı təklif etməyə davam edirik."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31