Qazaxıstanda LGBT və pedofiliya təbliğatının qadağan edilməsinə dair qanun layihəsi hazırlanır – ÖZƏL

Qazaxıstanda LGBT və pedofiliya təbliğatının qadağan edilməsini nəzərdə tutan qanun layihəsi parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq. 

Olaylar.az xəbər verir ki, ArbatMedia-nın məlumatına görə, bu dəyişikliklər uşaq hüquqlarının qorunması və media fəaliyyəti də daxil olmaqla, ölkənin doqquz qanununa şamil ediləcək.

Məclisin işçi qrupu artıq layihəni təsdiqləyib. Sənəd "uşaqların hüquqları", "reklam", "əlaqə", "mədəniyyət", "təhsil", "azyaşlıların zərərli kontentdən qorunması", "kinematografiya", "onlayn platformalar" və "KİV haqqında" qanunlara əlavə və dəyişiklikləri nəzərdə tutur.

Layihənin işçi qrupunun rəhbəri, deputat Elnur Beysenbayev bildirib ki, "qeyri-ənənəvi seksual münasibətlərin təbliği" dedikdə, bu cür münasibətləri cəmiyyətdə pozitiv şəkildə təqdim edən məlumatların kütləvi tədbirlər, media və internet vasitəsilə yayılması nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31