Rusiya məktəblərində ayrıseçkilik: “SVO”çuların uşaqlarına ayrıca yemək verilir

Rusiyanın Rostov vilayətinin Azov şəhərində yerləşən bir məktəbdə "xüsusi hərbi əməliyyat"da ("SVO") iştirak edən ailələrin uşaqları üçün ayrıca yemək verilməsi ciddi ictimai narazılıq yaradıb.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolarda sinif masalarında "SVO" işarəli xüsusi lövhəciklər görünür. Görüntülərə əsasən, bu kateqoriyadan olan uşaqlara kartof püresi və ət verildiyi halda, digər şagirdlər yalnız südlü sıyıq və ya oxşar yeməklərlə kifayətləniblər.

TikTok-da yayılan videodan sonra məsələ geniş rezonans doğurub və federal səviyyədə diqqətə səbəb olub. Dövlət Dumasının deputatı Yelena Mişulina hadisəni "açıq diskriminasiya və uşaqların bölünməsi" kimi qiymətləndirib.

Vilayətin qubernatoru Vasili Slyusar isə olaya sərt reaksiya verərək məsələni araşdırmaq göstərişi verib:

"Uşaqların özlərini bu vəziyyətdə necə narahat hiss etdiklərini təsəvvür etmək çətindir. Bu cür işarələmə yalnız uşaqların ləyaqətini alçaldır, həm də məktəb mühitində təhqir və ayrı-seçkiliyi təşviq edir", - deyə o bildirib.

Hazırda yerli təhsil idarəsi məktəbdə baş verənlərlə bağlı xidməti yoxlama başladıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31