Rusiyanın “Burevestnik” sınaqları ABŞ-ın təhlükəsizliyinə təhdid yaradır - ÖZƏL

Rusiya tərəfindən "Burevestnik" raketinin sınaqları ABŞ-ın toxunulmazlığı üçün təhlükə yarada bilər.

Olaylar bu barədə "Asia Times"-a istinadən məlumat yayıb.

"Müasir nüvə qurğusuna malik Rusiya qanadlı raketinin sınaqları yalnız Soyuq Müharibə dövrünün ambisiyalı planlarını və müasir dövrdə mümkün balansı əks etdirmir, həm də ABŞ-ın qitə hissəsinin təhlükəsizliyini təhdid edir", - deyə məqalədə qeyd olunur.

Məqalədə həmçinin raketin praktiki olaraq limitsiz uçuş məsafəsi və proqnozlaşdırıla bilməyən trayektoriyası vurğulanır ki, bu da raketin ABŞ və müttəfiqlərinin raket müdafiə sistemlərindən yayınmasına imkan verir.

Nəşrdə raket sınaqlarının yeni nəsil strateji silahların hazırlanmasında mühüm mərhələ olduğu da qeyd olunur.

26 oktyabrda Rusiya prezidenti Vladimir Putin birləşmiş qoşun qrupunun idarəetmə məntəqəsinə səfəri zamanı "Burevestnik" raketinin sınaqlarının tamamlandığını bildirib.

Putin həmçinin raketin mütləq üstünlüklərini vurğulayıb və ölkənin raket layihəsinin tərtibatçıları ilə fəxr etdiyini qeyd edib.

Əvvəllər "The New York" Times qəzeti yazmışdı ki, Rusiya raketi "Burevestnik" ABŞ-ın "Qızıl Günbəz" hava müdafiə sistemindən yan keçə bilər.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31