Putinin “Poseydon” sınaqları barədə açıqlaması Qərbdə təşviş yaradıb - ÖZƏL
19:37 DünyaRusiya prezidenti Vladimir Putinin "Poseydon" sualtı aparatının sınaqları barədə açıqlaması Qərbdə təşviş yaradıb.
Olaylar bu barədə Böyük Britaniya qəzeti "Express"-ə istinadən məlumat yayıb.
"Vladimir Putin yeni və bütün dünyada təşviş yaradan Rusiya sualtı pilotsuz aparatı 'Poseydon'un sınaqları barədə danışıb", - deyə materialda qeyd olunur.
Putin əvvəlcə bildirmişdi ki, Rusiya 28 oktyabr tarixində nüvə enerji qurğusuna malik "Poseydon" sualtı aparatını sınaqdan keçirib. Onun sözlərinə görə, aparat dünyada analoqu olmayan texnologiyaya malikdir.
Bundan əlavə, 26 oktyabr tarixində Putin birləşmiş qoşun qrupunun idarəetmə məntəqəsinə səfəri zamanı "Burevestnik" raketinin sınaqlarının tamamlandığını və raketin yerləşdirilməsi üçün infrastrukturun hazırlanmasına başlamağı tapşırıb.
İbrahim Məmmədli