Havaların istiləşməsinin ağır fəsadı məlum olub
29 Oktyabr 19:14 DünyaDünyada artan istilər hər dəqiqə bir insanın həyatına son qoyur.
Olaylar xəbər verir ki, qlobal istiləşmənin faciəvi nəticələrindən elmi "Lancet" jurnalında dərc olunan elmi məqalədə bəhs olunur.
İstilikdən yaranan stress hər il təxminən 546 min insanın ölümünə səbəb olur. Statistik göstəricilər isə 1990-cı illərlə müqayisədə bu rəqəmin 23 faiz artdığını göstərir. Xüsusilə bir yaşına qədər uşaqlar və yaşlı insanlar bu təsirlərə qarşı daha həssas hesab olunur.
Qeyd olunur ki, 2024-cü ildə istilər nəticəsində rekord sayda iş saatı itirilib, bu da xüsusilə də kasıb ölkələrdə iqtisadi zərərlərə səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31