Güllünün qızı anasının ölümündə ittiham olunur - Mesajları ortaya çıxdı
29 Oktyabr 18:54 DünyaMüğənni Güllünün müəmmalı ölümü ilə bağlı yeni iddialar ortaya çıxıb.
İfaçının Yalovadakı evinin terrasından yıxılaraq həyatını itirməsi hadisəsi ilə bağlı Güllünün qızı Tuğyan Ülkəm Gülter barəsində qətl ittihamı ilə cinayət işi açılıb.
Gülterin anası haqqında "Bu qadın ölməlidir" sözlərini yazdığı "WhatsApp" mesajları məhkəməyə dəlil kimi təqdim edilib.
Tuğyan Ülkəm Gülter məhkəmədə ifadə verərək sözügedən mesajların ona məxsus olduğunu etiraf edib, lakin ittihamları qəti şəkildə rədd edib. O, mesajları anası ilə mübahisə zamanı əsəbi halda yazdığını bildirib:
"Bəli, o mesajları mən yazmışam. Amma mən anamı öldürmədim."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31