ABŞ Milorad Dodik və ailə üzvlərinə qarşı sanksiyaları ləğv edib - ÖZƏL
29 Oktyabr 18:50 DünyaABŞ Maliyyə Nazirliyi Bosniya və Herseqovinanın Serb Respublikasında hakim "Müstəqil Sosial Demokratlar İttifaqı" partiyasının lideri Milorad Dodik və onun ailə üzvlərinə qarşı tətbiq olunmuş sanksiyaları ləğv edib.
Olaylar xəbər verir ki, ABŞ-ın Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) xüsusi təyin olunmuş şəxslər siyahısından 1959-cu il 12 mart tarixində anadan olmuş Milorad Dodikin adı silinib.
Eyni zamanda "qara siyahı"dan siyasətçinin övladları - İqor və Qoritsa Dodik də çıxarılıb.
Xatırladaq ki, bu ilin may ayında Litva Serb Respublikasının prezidenti Milorad Dodikə qarşı sanksiyalar tətbiq etmişdi.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31